Almaniya kansleri Olaf Şolts Avropa Siyasi Birliyi Forumu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünə toxunub.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Mən burada çoxlu söhbətlər etmişəm. Cənab Paşinyan və cənab Əliyevlə söhbət də mənim üçün önəmlidir. Bu il bu region üçün çox əhəmiyyətlidir. Hər iki tərəf bir-birinə qarşı qəti və cəsarətli addımlar atsa, sülh ili ola bilər. Fürsətdən istifadə edib, onları buna həvəsləndirmək istəyirəm. Avropa bütövlükdə Ermənistan və Azərbaycanı bir-biri ilə sülhün bərqərar olması yolunda müşayiət edəcək ki, bu da uzun müddət davam edəcək və bu iki qonşu ölkə arasında uzunmüddətli yaxşı əməkdaşlığı təmin edəcək".
Ağarza Elçinoğlu