İddiaçılardan biri Beynəlxalq Bankdır
Azərbaycanda iki dövlət komitəsi məhkəməyə verilib. Komitələrdən birinə qarşı iddiaçı Beynəlxalq Bankdır. Belə ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsinə icazə verməyib. Bununla bağlı ASC Dövlət Komitəsini məhkəməyə verib.
Belə ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC Qiymətli Kağızlaq üzrə Dövlət Komitəsinə qarşı qiymətli kağızların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsinə icazənin məcburi qaydada verilməsi barədə iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.
Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır. İş üzrə məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb.
Azərbaycan Respublikasının vətəndaşı Salam Məmmədov isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini məhkəməyə verib. S.Məmmədov Dövlət Komitəsinə qarşı ixtira etdiyi farsunka ilə işləyən qaz peçinin qeydiyyata alınması barədə iddia qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.
S.Məmmədov məhkəmə qərarından narazı qalaraq yuxarı instansiya məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi müvafiq qərarı qüvvədə saxlayıb.
İşə Ali Məhkəmədə baxılacaq.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35