Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bəxtiyar Hümbətovun nəşi Yevlax rayonuna aparılıb.

"Unikal"ın məlumatına görə, şəhidin nəşi Yevlax şəhərində ailəsinə təhvil verilib.

Şəhidin nəşi Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Yevlax Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və partiya fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Bəxtiyar Əliş oğlu Hümbətov 1974-cü ildə anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Ehtiram Muradov