İyulun 19-da Rusiya Ədliyyə Nazirliyi "xarici agentlər"in reyestrini dörd nəfərin daxil edilməsi ilə yeniləyib.
"Unikal" xəbər verir ki, siyahıya virtuoz pianoçu, iki "Qremmi" mükafatı laureatı Yevgeni Kisin; Apostol Pravoslav Kilsəsinin keşişi, şair Aleksandr Qaliçin oğlu - Qriqori Mixnov-Vaytenko; məktəb və uşaq bağçalarının direktorlarının məlumat bazasını toplayan Saratov vilayətinin sakini Dmitri Tsibirev; jurnalist, keçmiş sovet kəşfiyyatçısı, Aleksandr Litvinenkonun qətli ilə bağlı işdə şahid qismində çıxış etmiş Yuri Şvets daxil ediliblər.