Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz verilişində məhdudiyyət olacaq.

"Azəriqaz"dan "Unikal"a verilən məlumata görə, qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22 iyul saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq:

“Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu, Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsində və SOCAR Nəqliyyat İdarəsi, Maşınqayırma zavodunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq”.