Müğənni Natavan Həbibi qonaq olduğu “Xəzər axşamı” verilişində açıqlaması ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, sənətçi proqramda kliniki ölüm keçirdiyini açıqlayıb.
"Bu yaxınlarda da əməliyyat olunmuşam, may ayında. Kor bağırsağın partlamasından üç gün keçmişdi, zəhər qana keçirdi. Narkoz çox vurulduğu üçün ürəyim dayanmışdı. Üç dəqiqə kliniki ölüm keçirdim. Ölümdən sonra nə varsa, onu gördüm. Bizi çox fərqli şeylər gözləyir”, - Həbibi deyib.