Türkiyənin Nevşehir şəhərində baş verən hadisə gündəmə səbəb olub.
"Unikal" xəbər verir ki, kişi yeni satın aldığı evi bir qrup gəncə kirayə verib. Günlər sonra kişi evə baxış keçirib və qarşılaşdığı mənzərə ilə həyatının şokunu yaşayıb. Məlum olub ki, gənclər evi xəzinə axtarmaq məqsədilə kirayə götürüblər. Evində və bağçasında qazıntı işləri aparan gənclər ilə kişi arasında dava düşüb.
Türk onlardan evi tərk etməsini tələb etsə də, gənclər buna məhəl qoymayıb. Bundan sonra kişi kirayəçilərini evdən çıxartmaq üçün cadu etdirib və evininin bağçasında basdırıb.
Bunu görə gənclər kişini jandarmaya şikayət edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları bağçadan kirayəçilərin fotolarını və naməlum heyvana məxsus sümük aşkar ediblər. Hər iki tərəf polis tərəfindən nəzarətə götürülüb.