ABŞ tarixində ən uzun müddət həbsdə olan qadın Sandra Hemme 43 ildən sonra azadlığa çıxıb.
"Unikal" xəbər verir ki, 1980-ci ildə ABŞ-də törədilən qətldə günahlandırılan və 43 il həbsdə yatan Sandra Hemmenin günahsız olduğu ortaya çıxıb.
64 yaşlı qadın 1980-ci ildə Missuri ştatında kitabxana işçisini bıçaqlayaraq öldürməkdə təqsirli bilinib. Ömürlük həbs cəzasına məhkum edilən qadın, əleyhinə heç bir sübut olmasa da, qaldığı psixiatriya klinikasında dərmanların təsiri altında qətlə yetirilməsi məsuliyyətini öz üzərinə götürüb.
ABŞ məhkəməsi Hemme haqqında hökmü ləğv edərək qadının günahsız olduğuna və azadlığa buraxılmasına qərar verib. Hakim, Hemmenin günahsız olduğunu göstərən kifayət qədər dəlil olduğuna qərar verib.
Hemme ABŞ tarixində ən uzun müddət həbsdə olan qadın olub. Uzun illərdən sonra o, Kanzas ştatında həbsxanadan çıxaraq qızına və nəvəsinə qovuşub.