Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının iyulun 22-də keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlər sırasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması yer alacaq.
“Unikal” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Qeyd olunub ki, Avropa Sülh Fondu tərəfindən göstərilən yardım Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.
Qeyd edilib ki, Avropa İttifaqı üçün fövqəladə hallarda mülki əhalinin müdafiəsi prioritetdir və bu yardım da anoloji məqsəd üçün xərclənəcək.