Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

"Unikal" xəbər verir ki, 2006-cı il təvəllüdlü Laləzar Əhmədova mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, zərərçəkən Şəmkir şəhərində yerləşən marketlərin birində çalışır.

Faktla bağlı araşdırma aparılır.