Avropa İttifaqı Azərbaycan qazının Ukrayna ərazisindən tədarükü ilə bağlı Kiyev və Bakı ilə danışıqlar aparır.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Nəşr Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə istinadən bildirib ki, Ukrayna və Avropa İttifaqı Bakıya müraciət edərək, ilin sonunda Rusiya ilə müqavilənin müddəti başa çatdıqdan sonra təbii qazın Ukrayna ərazisindən keçməklə Avropaya nəqlini təklif edib.
Bildirilib ki, Ukrayna və Aİ səlahiyyətliləri, eləcə də Rusiya ilə danışıqlar davam edir və bütün tərəflər tədarükün davam etdirilməsində maraqlıdır.
Ukrayna prezidenti Volodimir Zelenski bu ayın əvvəlində ölkəsinin tranzit ölkə rolunu qoruyub saxlamaq və qərb qonşularının enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycandan Aİ-yə təbii qaz tədarükü ilə bağlı danışıqlar apardığını bildirib. Zelenski bildirib ki, Rusiya qazının Azərbaycan tədarükü ilə əvəzlənməsinə dair saziş hazırda müzakirə olunan təkliflərdən biridir.
Ağarza Elçinoğlu