Xorvatiyanın Daruvar şəhərində kişi qocalar evinə girərək atəş açıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Xorvatiya Radio və Televiziyasının (HRT) saytında yer alıb.

"Rəsmi təsdiqlənməmiş məlumata görə, bir nəfər qocalar və əlillər evinə girərək insanlara atəş açmağa başlayıb, 5 nəfər yerindəcə ölüb, qalanlarına tibbi yardım göstərilir”.

Silahlı şəxs daha sonra qaçıb, lakin polis tezliklə onu restoranın yaxınlığında yaxalayıb.

Polis istintaqın davam etdiyi üçün təfərrüat verə bilməyəcəyini bildirib.