Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yinin dəvəti ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə səfər edəcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq məlumat verib.
Məlumata görə, Kuleba iyulun 23-dən 26-dək Çində olacaq.