Saratov vilayətinin qubernatoru Roman Busarginin 16 yaşlı oğlu İvan Busargin Saratovda yol qəzasında ölüb.

"Unikal" xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.

"Lada Granta"nın sərnişin oturacaqlarında onuncu sinif şagirdi İvan və daha bir nəfər olub. Saat 16:00 radələrində Sokolova küçəsində minik avtomobili yolun kənarında dayanan yük maşınına çırpılıb. Qəza nəticəsində hər iki sərnişin ölüb, "Granta"nı idarə edən 20 yaşlı sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.