Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
"Prezidentimizin Suriya prezidenti Əsədlə Moskvada görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil", - deyə o qeyd edib.
Xatırladaq ki, “Daily Sabah” qəzeti Ərdoğanla Əsəd arasında görüşün Moskvada keçiriləcəyi ilə bağlı məlumat yaymışdı.