Hindistanda 19 yaşlı qadının başından 77 iynə çıxarılıb.
"Unikal" xəbər verir ki, Hindistanın şərqindəki Odişa əyalətində yaşayan 19 yaşlı qadın baş ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, sağlamlığını yaxşılaşdırmaq üçün qadının başına 77 iynə batırılıb. Batırılan iynələr çıxarılıb, qadın ümumilikdə 2 əməliyyat keçirib. Səlahiyyətlilər qadının psixoloji probleminin olmadığını bildirib.
Əməliyyatı həyata keçirən həkim isə həbs edilib. İynələrin qadının başına hansı səbəbdən batırıldığı bəlli olmasa da, "onu cadudan xilas etmək üçün müalicə" məqsədilə vurulduğu bildirilib.
Zərifə Nağıyeva