10 saat fasiləsiz yemək yeyən qadın canlı yayımda həyatını itirib.
"Unikal" xəbər verir ki, kamera qarşısına keçərək 10 kilo yemək yeyəcəyini açıqlayan 24 yaşlı Pan Xiaoting adlı qadın 10 saat ərzində müxtəlif yeməklər dadıb.
Bağırsaq, ət, kalmar və qəlyanaltılar yeyərkən o,kameralar qarşısında qəfil huşunu itirib və yerə yıxılıb. Qadın qısa zamanda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
24 yaşlı gəncin ölüm səbəbi aparılan müayinədən sonra məlum olub. Bildirilib ki, onun ölümünə səbəb mədəsinin qida həzm etmədən çox dolması nəticəsində deformasiyaya uğraması olub.
Zərifə Nağıyeva