Qohumlarına məxsus yardımçı tikililəri yandıran Cəlilabad sakini saxlanılıb.

"Unikal"ın məlumatına görə, Cəlilabad rayonunun Komanlı kəndi ərazisində kənd sakinlərinə məxsus iki tövlənin, içərisində 8 baş iribuynuzlu heyvan və 550 bağlama otla birlikdə yanması ilə bağlı polisə məlumat daxil olub.

Həmin yardımçı tikililəri qəsdən yandırmaqda şübhəli bilinən zərərçəkmişlərin qohumu Qabil Nəzərov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı həmin şəxsin qonşuluqda yaşayan əmisi və bibisinə məxsus tövlələri yandırmaqla onlara ümumilikdə 16 min manata yaxın ziyan vurduğu məlum olub. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtiram Muradov