"Barselona" "Los-Anceles"in müdafiəçisi Mamadu Fallı heyətinə qatıb.

"Unikal"  klubun saytına istinadən xəbər verir ki, seneqallı oyunçu ilə 2+2 illik müqavilə imzalanıb. 

Bu keçid Kataloniya təmsilçisinə 4 milyon avroya başa gəlib.

Ötən mövsüm 21 yaşlı futbolçu icarə əsasında "Barselona B"də çıxış edib. Gənc arxa xətt oyunçusu forma şansı qazandığı 22 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.