Yunanıstanın "Panatinaikos" basketbol komandası türkiyəli baş məşqçisi Ergin Atamanla müqavilə müddətini uzadıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə 3 illik yeni sözləşmə imzalanıb.

"Panatinaikos" ötən mövsüm Ergin Atamanın rəhbərliyi altında Avro Liqanın və ölkə çempionatının qalibi olub.