Azərbaycan Ermənistanla danışıqlara həmişə hazır olub.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə TASS-a açıqlamasında deyib.
Diplomat Moskvanın tərəflərin görüşü üçün platforma təqdim etmək istəyini belə şərh edib: "Azərbaycan tərəfi Rusiyada və başqa yerlərdə Ermənistan tərəfi ilə danışıqlara həmişə hazır olub".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün bəyan edib ki, Moskva Bakı və İrəvan nümayəndələrinə danışıqlar üçün platforma təqdim etməyə, onlar üçün ən rahat şərait yaratmağa hazırdır.
İrəvan hələlik Moskvadan gələn təklifə cavab verməyib.
Ağarza Elçinoğlu