Bu gün Moskvanın şimalında “Land Cruiser”ə PUA quraşdıraraq partlayış törədən diversant ölkədən qaça bilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası FSB-nin direktoru Aleksandr Bortnikov açıqlayıb.
Onun sözlərinə görə, partlayışı törədən şəxs Türkiyəyə qaçıb.
Bortnikov əlavə edib ki, Rusiya xüsusi xidmət orqanları şübhəlinin saxlanılması və ekstradisiyası üçün türk həmkarları ilə əlaqə saxlayır: "Biz türklərlə işləyirik".
Qeyd edək ki, iyulun 24-də Moskvanın şimalında “Toyota Land Cruiser” cipi partladılıb, nəticədə iki nəfər yaralanıb.
Ağarza Elçinoğlu