18 ildən sonra "Arka sokaklar"dan gedən Orxan Oğuzdan sonra 14 ildir serialda olan oğlu Tunç Oğuz layihədən ayrılıb.
"Unikal" xəbər verir ki, vida mesajı yayımlayan Oğuz "Hər kəsi həsrətlə xatırlayacağam. Sizi çox sevirəm, əziz komandam. 19-cu mövsümünüz uğurlar və xoşbəxtlik gətirsin" deyib.
Tunç ekran işində snayper Arda Atik obrazını canlandırır.
Komanda ilə fotosunu instaqram hesabında yerləşdirən aktyor "Mənə yol göstərən bütün dostlarıma, qardaş və bacılarıma təşəkkür edirəm. 14 il asanlıqla keçdi. Kədərimiz, sevincimiz hər zaman ortaq oldu" deyib.