“İrəli getməyin ən yaxşı yolu məşəli yeni nəslə ötürməkdir”.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden seçki yarışından çəkilməsindən sonra xalqa ilk müraciətində deyib. O çıxışında Prezident kimi Amerika xalqına xidmət etməkdən şərəf duyduğunu bildirib.
“Bir neçə aydan sonra Amerika xalqı Amerikanın gələcək kursunu müəyyən edəcək. Mən seçimimi etdim, öz fikirlərimi bildirdim. Vitse-prezident Kamala Harris təcrübəlidir. O, mənim üçün inanılmaz tərəfdaş və ölkəmiz üçün çox yaxşı liderdir. İndi seçim sizdən, Amerika xalqından asılıdır”, - deyə Bayden bildirib.
Bayden səlahiyyət müddətinin qalan hissəsində icra etmək istədiyi planlarından da danışıb.