Moldovanın maliyyə naziri Petru Rotaru istefa verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldova hökumətinin başçısı Dorin Reçan məlumat verib.
O, Rotarunun dövlət qulluğunda qalacağını bildirib. Moldova Milli Bankının (NBM) rəhbəri Anca Draqu parlamentin onu NBM-in vitse-qubernatoru vəzifəsinə təsdiq etməyi təklif edib.