İspaniyanın “Real Madrid” komandası Ferlan Mendi ilə yeni müqavilə imzalayacaq.

"Unikal" xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Fransalı müdafiəçinin 2025-ci ilin yayında başa çatacaq sözləşməsi daha iki il uzadılacaq.

F. Mendi ötən mövsüm “kral klubu”nun heyətində 37 matçda 1 qolla yadda qalıb.

Xatırladaq ki, Fransa millisinin üzvü 2019-cu ildən “Real Madrid”də çıxış edir.