UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Sumqayıt" - "Fehervar" (Macarıstan) matçına 8000 bilet satılıb.

"Unikal" xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 22-dən (stadiondakı texniki problemlərə görə bu tarix iyulun 20-dən 22-nə keçirilib) isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə edə bilərlər. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.