Bir müddətdir Ben Afflekdən boşanacağı ilə bağlı söz-söhbətlərlə gündəmdə olan Cennifer Lopez dünən 55 yaşını qeyd edib.
"Unikal" xəbər verir ki, göz oxşayan geyimlərlə möhtəşəm ziyafət təşkil edən Lopezi doğum günündə Afflek tək qoyub.
Evdə ad günü tortu ilə poza verən Cennifer Lopez İnstaqram hesabında bu qeydi yazıb:
"Dünən gecə və bu səhər dünyanın hər yerindən ad günü arzuları, gözəl videolar və postlar görürəm. Güldüm, gülümsədim, bir az da duyğulandım. Bu, həqiqətən də dünyanın ən yaxşı və ən gözəl şeyidir. Mənim gözəl fanatlarım var, nə qədər təsirləndiyimi və ya bütün həyatımın bir parçası olduğum üçün nə qədər şanslı olduğumu heç vaxt ifadə edə bilməzdim".