Xalq artisti Emin Ağalarov "Sea Breeze"dəki evini nümayiş etdirib.
"Unikal" xəbər verir ki, o, evinin eksklüziv görüntülərini qazaxıstanlı videoqraf və rejissor Kıran Talapbeklə paylaşıb.
Videoqrafın sözlərinə görə, ev çox böyük olduğundan ikinci bir "reels" çəkməyi düşünür:
"Onun fantaziyası və miqyasları məni heyrətləndirdi. Yalnız 30%-ni göstərə bildiyim üçün bir "Reels" kifayət etmədi. İkinci hissəni edəcəyikmi?".
Emin Ağalarov evinin böyük olmasını öz səhvi adlandırıb. Onun szölərinə görə, ev böyük olduqda ailə üzvləri bir araya gəlib bir-birlərini görə bilmir.