Türkiyəli məşhur aktrisa Eda Ecenin həyat yoldaşı Buğra Tuncerdən ayrıldığı iddia edilib.
"Unikal" xəbər verir ki, cütlüyün sosial şəbəkədə bir-birini izləmədiyi və ayrılmaq qərarına gəldiyi bildirilib.
Bu iddialar fonunda Eda yerli mətbuata açıqlama verib:
"Buğra artıq bir aydır ki, instaqram hesabını bağlayıb.Bunun boşanma ilə nə əlaqəsi var? 3 aylıq körpəmiz var. Bu xəbəri yayanların etdikləri ayıb və günahdır. Xoşbəxtik. Körpəmizi böyüdürük, bu iddiaları yayanları Allaha buraxıram".
Qeyd edək ki, məşhur cütlük ötən ilin iyun ayında ailə həyatı qurub. Onların bir qız övladları var. Eda Ece rol aldığı "Yasak Elma" serialında "Yıldız" obrazı ilə məşhurlaşıb.