Türkiyəli aktyor Taner Rumelinin yeni layihəsi açıqlanıb.
"Unikal" xəbər verir ki, aktyor baş rolunu Aras Bulut İynemlinin canlandıracağı "Deha" serialı üçün kamera qarşısına keçəcək. O, "Karga"ya həyat verəcək.
Qeyd edək ki, Taner hazırda "Kuruluş Osman" və "Kara ağaç destanı" seriallarında rol alır.