İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olub.
"Unikal" xəbər verir ki, nazir bu barədə özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Gəncədə sahibkarlarla görüşdən sonra dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin sərəncamı ilə inşa edilən Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olduq. Belə müasir idman infrastrukturunun mövcudluğu idmançıları ilə məşhur olan Gəncədə komanda və fərdi idman növlərinin gələcək inkişafına böyük təkan verəcək. “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edən bütün idmançılarımıza uğurlar arzulayıram", - deyə o qeyd edib.
Nazir həmçinin Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlarla görüşüb.