SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri istehsalat təcrübəsində iştirak ediblər.
"Unikal" xəbər verir ki, ümumilikdə BANM-in Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Biznesin idarə edilməsi və İnformasiya təhlükəsizliyi ixtisaslarından 656 tələbə istehsalat təcrübəsi keçib.
Onlar SOCAR-ın 15 fərqli müəssisə və zavodunda, o cümlədən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), İdarəetmə Sistemləri İnstitutu, Naxçıvan MR İqtisadiyyat Nazirliyi, “Paşa Sığorta” ASC, "AzerGold" QSC, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Deloitte Azerbaijan”, bp, Unibank, “Avrora Qrup”, “Ernst & Young Holdings”, “Norm” ASC, “PMD Group” MMC, “AzəriMed" QSC, Okinava Elm və Texnologiya İnstitutu, “Emerson Process Management”, ATENAU LTD, “SAHA Robotik ve Teslimat Teknolojileri Anonim Şirketi”, Ceyranbatan Su Təchizat İdarəsi, “Expressbank” ASC, “Caspian Innovation Center” MMC kimi yerli və xarici qurum və şirkətlərdə təcrübə qazanıblar.