"Minimum əməkhaqqının artırılmasına dair qarşıdakı aylarda qərarın veriləcəyini gözləmək olar. Bununla bağlı təkliflər noyabrın 1-ə qədər təqdim olunmalıdır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, ötən illərin artım dinamikasını təhlil etsək, təxminən 16% ətrafında artım daha realdır.
"Belə ki, 2022-ci ilin 1 yanvarında minimum əmək haqqı 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb. 2023-cü ilin 1 yanvarından isə 15% artımla 345 manata çatıb. 2024-cü ildə artım olmadığı üçün 2025-ci ilin 1 yanvarından minimum əməkhaqqının 400 manata çatdırılmasını gözləmək olar. Bu isə 16%-li artım deməkdir. Minimum əməkhaqqı artırılan zaman əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da buna uyğun artırılır. Deməli, minimum əməkhaqqı artırılarsa, qeyd etdiyim cədvələ uyğun digər artımları də gözləmək olar".