Parisdə Yay Olimpiya Oyunlarının iştirakçıları qarət edilib.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri yazır.
Mənbənin sözlərinə görə, yapon reqbiçinin nikah üzüyü və üç min avrosu itib, Avstraliya bandi komandasının məşqçisinin isə bank kartı oğurlanaraqn 900 avro çıxarılıb. Qeyd olunur ki, zərərçəkmişlərin otaqlarında məcburi içəri girmə izləri aşkar edilməyib.
Bundan əvvəl, iyulun 26-da Braziliya futbolunun əfsanəsi və ÇSKA-nın keçmiş baş məşqçisi Zikonun da Parisdə qarət edildiyi məlum olub. Ondan içərisində brilyant qaşlar, Rolex saatı, boyunbağı və nağd pul olan çamadan oğurlanıb. Ümumi ziyan 540 min dollar təşkil edib. İyulun 25-də Argentina Olimpiya komandasının yarımmüdafiəçisi Tiaqo Almada Parisdə quldurların qurbanı olub. Cənubi amerikalıların baş məşqçisi Xavyer Maskerano olimpiya turnirinin qrup mərhələsinin ilk turunun Mərakeş millisi ilə oyunundan sonra TyC Sports-a müsahibəsində bunu açıqlayıb.