Xəbər verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən "Unikal"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 600kv.m. olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən sahəsi 90kv.m. olan taxta sexi yanıb. 

Bitişik obyektlər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

*** 23:00

Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə “Unikal”a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, yanğınla bağlı əlavə məlumat veriləcək.

XXX

22:48

Bakıda sex yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Unikal"a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.