Gündəlik istifadə etdiyimiz pomidorun bir çox faydası vardır.
"Unikal" sağlamlığa bir çox faydası olan pomidorun orqanizmə olan təsirlərini təqdim edir:
- Xərçəngin qarşısını almağa kömək edir
Bu tərəvəzin tərkibindəki antioksidantlar hüceyrələrə zərər verə bilən və immunitet sisteminə təsir edən sərbəst radikallar adlanan molekullarla mübarizə aparır. Pomidor likopenlə zəngin bir qidadır. Likopen ağciyər, mədə və ya prostat xərçənginə tutulma riskini azaldır. Yetişmiş pomidorda daha çox olan likopen, pomidor bişirildikdə daha təsirli olur. Çünki istilik meyvənin qalın hüceyrə divarlarını parçalayır və likopeni orqanizm üçün daha əlçatan edir. Buna görə də pomidor suyu, tomat pastası və tomat sousları likopenin ən zəngin qida mənbəyidir.
- Ürəyi qoruyur
Çiy və bişmiş formalarda olan pomidorun müntəzəm istehlakı onların mümkün faydalarından tam yararlanmağa imkan verir. Tərəvəz və meyvələrə ümumiyyətlə sarı və ya narıncı rəng verən bir antioksidan olan beta karotin orqanizmdə immunitet sistemi üçün faydalı olan A vitamininə çevirir. Araşdırmalar göstərib ki, pomidor qabığında olan naringenin adlı flavonoid orqanizmdə iltihabı azaldır və müxtəlif xəstəliklərdən qoruyur. Güclü antioksidant birləşmə olan xlorogen turşusu yüksək qan təzyiqi olan insanlarda qan təzyiqinin tənzimlənməsinə yardımçı olur.
- Göz sağlamlığına müsbət təsir edir
Pomidorda orqanizmdə A vitamininə çevrilən lutein, zeaksantin və beta-karotin var. Bu birləşmələr göz sağlamlığını dəstəkləyir və göz yorğunluğunun qarşısını almağa və göz yorğunluğundan yaranan baş ağrılarını aradan qaldırmağa kömək edir.
- Dərini gözəlləşdirir
Tərkibindəki likopen və digər antioksidantlar dəri hüceyrələrini sərbəst radikallardan qoruyaraq dərinin daha sağlam və gənc qalmasını təmin edir. Pomidor həm də günəş yanıqlarından və ultrabənövşəyi şüalardan qoruyur.
- Həzm sisteminə faydası var
Pomidor pəhriz lifi ilə zəngin olduğu üçün həzm sisteminin düzgün işləməsinə kömək edir, qəbizlik riskini azaldır. Orta ölçülü bir pomidor, həzm üçün zəruri və faydalı olan həll olunmayan və həll olunan lifdən ibarət 1,5 qram lif təmin edir. Pomidor həm həll olunan, həm də həll olunmayan lif mənbəyidir. Həll olunan lif, həzm zamanı gel kimi tekstura yaradaraq suyunu saxlayır.
- İmmunitet sistemini gücləndirir
Pomidor immunitet sistemini dəstəkləməyə kömək edən antioksidanlar olan C vitamini və beta-karotin mənbəyidir. Tədqiqatlar pomidor şirəsinin immunitet hüceyrələrinin, o cümlədən, viruslarla mübarizə aparan hüceyrələrin səviyyəsini əhəmiyyətli dərəcədə artırdığını göstərmişdir. Araşdırmalar pomidor və pomidordan hazırlanan qidaların tərkibindəki vitaminlər və antioksidantlar sayəsində xərçəng hüceyrələrini azalda biləcəyini müəyyən etmişdir.
Zərifə Nağıyeva