Neftin qiyməti Yaxın Şərqdə gərginliyin artması ilə bağlı geosiyasi risklər səbəbindən kəskin bahalaşaraq 80 dollara çatıb.
"Unikal" xəbəer verir ki, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 2,13 dollar (2,71%) bahalaşaraq bir barel üçün 80,76 dollar olub.
Oktyabr fyuçersləri isə 2,11 dollar (2,7%) artaraq 80,18 dollara satılıb.