Azərbaycan badmintonçusu Edi Reski Dviçayo “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Unikal" xəbər verir ki, o, E qrupundakı ikinci sınağında danimarkalı Anders Antonsenlə qarşılaşıb. Rəqibinə 0:2 (10:21, 14:21) hesabı ilə uduzan idmançımız mübarizəni dayandırıb.
Qeyd edək ki, Edi Reski Dviçayo qrupdakı ilk matçında avstriyalı Kollins Filimonu üstələmişdi.