Biləsuvarda yol qəzası olub, xəsarət alan var 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb. Belə ki, "Kamaz" markalı yük avtomobili motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, 1974-cü il təvəllüdlü Xanlar Babayev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov