Gürcüstan Parisdə keçirilən Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
"Unikal" xəbər verir ki, ölkəyə qızıl medalı cüdoçu Laşa Bekauri (-90 kq) gətirib. O, finalda yapon cüdoçusu Sanşiru Muraonu məğlub edib.
Bu, Bekauri üçün ikinci qızıl medaldır. O, 2020-ci ildə Tokio Olimpiadasında da turnirin qalibi olub.
Bekaurinin qızıl medalı Gürcüstanın Olimpiadada ikinci medalı olub. Ötən gün cüdoçu Tato Qriqalaşvili (-81 kq) gümüş medal qazanıb.