Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko azərbaycanlı dörd hərbçinin vəfat etməsi ilə bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə Aİ diplomatı "X" hesabında paylaşım edib.

"Dörd Azərbaycan hərbçisinin hərbi xidmətdən kənarda həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Onların matəmdə olan ailələrinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm".

Xatırladaq ki, iyulun 30-da Azərbaycan Ordusunun 4 hərbçisi xidmətdən kənarda olarkən Laçında kükürd qazlı sularda çimərkən zəhərlənərək vəfat edib.