"Instagram" və "Facebook" platformalarının sahibi olan "Meta"nın bəzi paylaşımları blokladığı iddia olunub.
"Unikal" xəbər verir ki, "Meta" sui-qəsd nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyəylə bağlı bütün paylaşımları bloklayıb.
Bildirilib ki, “Facebook" və "Instagram"da Haniyənin şəklini paylaşan minlərlə hesaba məhdudiyyət qoyulub.
Həmçinin, sosial media istifadəçiləri Haniyə məzmununu senzuraya salan "Meta"ya "#MetaCensorship" həştəqi ilə reaksiya veriblər.
Qeyd edək ki, Malayziyanın baş naziri Ənvər İbrahimin İsmayıl Haniyə ilə olan postu da sildiyinə görə sərt şəkildə tənqid edilib. Malayziya Baş Nazirinin ofisi, "X" sosial media hesabına verdiyi açıqlamada, "Instagram"ın sözügedən paylaşımı sildiyini bildirib.
"Meta" isə səhvən silindiyini bildirib və postu bərpa edib.
Zərifə Nağıyeva