Livanın “Hizbullah” hərəkatı İsrail Müdafiə Qüvvələrinin Livanın cənub sərhədi yaxınlığındakı mövqelərinə raket zərbələri endirib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, hərəkat lideri Həsən Nəsrullah, Hizbullah lideri Fuad Şükr və Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrail tərəfindən öldürülməsi ilə bağlı danışarkən, hərəkatın Qəzzaya dəstək cəbhəsi çərçivəsində cümə səhərindən etibarən İsrail ordusunun mövqelərinə yenidən hücumlar ediləcəyini açıqlayıb.
Məlumata görə, İsrail ərazisinə 60-dan çox raket atılıb, onlardan 15-i zərərsizləşdirilib.