Müdafiə Nazirliyinin sabiq zabiti, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin 24 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası baş tutub.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçrilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov bir neçə vəsatətlə çıxış edib. Vəkil Ata Bank Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədri Dəyanət Quliyevin, bankın xəzinədarı olmuş Barat Heydərovun əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib.
Vəkil qeyd edib ki, Zahid Niftəliyevin bu gün burada mühakimə olunmasında əsas səbəbkarlar- Dəyanət Quliyev və Nəcməddin Sadıkovdur. Vəkil Müdafiə Nazirliyinin Baş Qərərgah rəisi olmuş Nəciddin Sadıkovun mərhum vergilər naziri ilə aralarında şirkətin yaradılması, fəaliyyətlə ilə bağlı razılıq olub: "İbtidai istintaq dövründə sübutların qiymətləndirilməsi ilə bağlı qərarda Nəcməddin Sadıkovun dindirilməsinin mümkün olmadığı qeyd olunub. Biz istəyirik Nəcməddin Sadıkov məhkəmədə əlavə şahid qismində dindirilsin".
Təqsirləndirlilən şəxs vəkili tərəfindən verilən vəsatətlərin təmin olunmasını istəyib. Dövlət ittihamçısı isə bildirib ki, istintaq orqanı tərəfindən çoxsaylı şahidlərin ifadəsi alınıb. Dövlət ittihamçısı əlavə edib ki, əsas şahidlər dindiriləndən sonra zərurət yarananarsa əlavə şahidlərin dindirilməsi məsələsinə baxıla bilər. O, hazırkı mərhələdə vəsatətlərin təmin olunmamasını istəyib.
Yerində müşavirə keçirən hakimlər qərarı elan edib. Qərarda göstərilib ki, vəkilin vəsatətində qaldırılan məsələlər sübutların araşdırılması mərhələsi ilə bağlıdır. Bu səbəbdən də vəsatətlər baxılmamış saxlanılıb. Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınmış Ata Bank ASC-nin nümayəndəsi Zahid Niftəliyeva qarşı mülki iddia qaldırıb. Mülki iddiada göstərilib ki, 24 milyon 234 min manat Zahid Niftəliyevdın tutularaq zərərçəkmişə ödənilməsinin təmin olunması istəyib. Hakimlər mülki iddianı araşdırılması üçün icraata qəbul edilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Zahid Niftəliyev ittihamlarla razı olmadığını, özünü təqsirli bilmədiyini deyib.
Zahid Niftəliyev deyib ki, cinayət işi ilə tanış olandan sonra sərbəst ifadə verəcək. Hakim Novruz Kərimov bildirib ki, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada işlə tanış olmağa şərait yaradılacaq.
Növbəti məhkəmə prosesi sentyabrın 25-nə kimi təxirə salınıb.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat kredite dair mehkeme qerarını qerezli olaraq icra etmemekde təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
İddiaçının iddia ərizəsində qeyd olunub ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16.09.2020-ci il tarixli qətnaməsinə əsasən “Şahin-Co” MMC-dən 29.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə tutulması qət olunan 24.734.050 ABŞ dolları kredit borcunun 24.234.634 manat hissəsi şirkəin direktoru və təsisçisi Zahid Niftəliyev tərəfindən şəxsən mənimsənilmişdir.
Qarşı tərəf Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov iddia ərizəsinə etiraz edərək aşağıdakı səbəblərə görə ərizənin icraata qəbul edilməməsini məhkəmədən xahiş edib:
“Halbuki həmin məbləğ 07.03.2016-cı il tarixli və 30.06.2016-cı il tarixli müqavilələrlə ayrılmış kredit hesabına ödənilmişdir. Yəni “Şahin-Co” MMC-nin adına sənədləşdirilən 24.234.630 manat kredit tam ödənilmişdir. Sonrakı verilən kredit özündən əvvəlki kreditlərin bağlanmasına yönəldilmişdir.
Bundan başqa iddiaçı ərizəsində bizim xeyrimizə çox maraqlı faktı təsdiqləyib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının müvafiq qətnaməsinə əsasən “Şahin-Co” MMC-dən 24 milyon ABŞ dollardan artıq məbləğdə borcun alınaraq ləğv prosesində olan “ATA Bank” ASC-yə ödənilməsi qərara alınmışdır. İddiaçı həmin məbləğdən 24.234.630 manat azaldılmasını tələb etməsi Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsini şübhə altına alır. İddia təmin olunacağı halda həmin qətnamədə dəyişdirilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinində qüvvədə olan məhkəmə qətnaməsini dəyişdirmək səlahiyyəti yoxdur. Ləğv prosesində olan “ATA Bank” ASC-dən qeyd olunan məbləğdə kreditin götürülməsində, harasa sərf olunmasında Zahid Niftəliyevin günahı yoxdur. Həmin məbləğdə pulu Zahid Niftəliyev nə nağd formada, nə də fiziki olaraq almamışdır və mənimsəməmişdir. Onun yeganə günahı vətənpərvər olmasıdır. Vəkil Əli Adıgözəlov yuxarıda qeyd etdiklərini nəzərə alınaraq iddia ərizəsinin icraata qəbul olunmamasını xahiş etmişdir.
Məhkəmə isə ərizəni icraata qəbul edərək bildirdi ki, iddia ərizəsinin təmin və ya rədd olunması məsələsi işin sonunda həll ediləcəkdir. Hazırda ittihama uyğun olaraq verilmiş iddia ərizəsi icraata qəbul olunur.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Zahid Niftəliyev ittihamlarla razı olmadığını, özünü təqsirli bilmədiyini deyib.
Zahid Niftəliyev deyib ki, cinayət işi ilə tanış olandan sonra sərbəst ifadə verəcək. Hakim Novruz Kərimov bildirib ki, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada işlə tanış olmağa şərait yaradılacaq. Növbəti məhkəmə prosesi sentyabrın 25-nə kimi təxirə salınıb.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti mənimsəməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Seymur Əli