2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib.
Bu barədə "Unikal"a Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrdən, bir nəfər qidadan zəhərlənən şəxslərdir.
Həmçinin yeddi nəfər allergik reaksiya, altı nəfər ilan sancması, iki nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb", - məlumatda qeyd edilib.