Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.
***13:04
Cüdoçumuz Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparn idmançı 1/8 final mərhələsində Martti Pumalainen (Finlandiya) ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kokauri 1/4 finala vəsiqə qazanıb.
***12:17
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Unikal" xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Martti Puumalainen (Finlandiya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.