Filippinin Mindano adası sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Seysmoloji Mərkəzi (USGS) məlumat yayıb. Yeraltı təkanların episentri Barselona şəhərindən 20 kilometr uzaqda, Sakit okeanda, 17 kilometr dərinlikdə yerləşir.
Hadisə nəticəsində dağıntı baş verməyib, sunami təhlükəsi yoxdur.