Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində Fransa öz simasını deyil, “nəsə başqa bir şey” göstərdi.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, Fransa Prezidenti Emmanuel Makronun açılışda ölkənin “əsl simasını” nümayiş etdirməsi ilə bağlı sözlərinə belə reaksiya verib.“Çoxları bunun başqa bir şey, bədənin bəzi digər hissələri olduğunu düşünürdü. Lakin Makron Fransanın indi belə bir sifətə sahib olmasında israr etdiyinə görə, o, əlbəttə ki, daha yaxşı bilir”.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunlarının açılışı iyulun 26-da baş tutub. Bu hadisə cəmiyyətin və dini liderlərin hiddətinə səbəb olub. Qalmaqala səbəb Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyası olub; burada transvestitlər və yunan şərab tanrısı Dionis qiyafəsində çılpaq müğənni iştirak edib. Olimpiadanın təşkilat komitəsi tənqidlərə cavab olaraq üzr istəyib və bu kompozisiyanın heç bir dini qrupu təhqir etmək niyyəti daşımadığını vurğulayıb.