Türkiyədə 2 dəfə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, 3,9 maqnitudada birinci zəlzələ Boluda yerli vaxtla saat 7:31-də qeydə alınıb. Zəlzələnin episentri Məscicele kəndində, zəlzələ ocağı 6 kilometr dərinlikdə yerləşib. Bundan bir neçə dəqiqə sonra Çukurren kəndinin mərkəzində 3,1 maqnitudada afterşok olub
Zəlzələ hiss edilib.
AFAD Akdenizdə 3,9 maqnitudada daha bir zəlzələnin olduğunu xəbər verib. Təbii hadisə yerli vaxtla saat 06:25-də baş verib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.